19 Aprel , 2024, 02:11
Riskə məruz qalma ehtimalı olan əmlaklar sığortalanmalıdır
Dek 02, 2016 | 18:00 /

Son illər Azərbaycanda valyuta konvertsasiya üzrə xərclərin icra səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olmasını proqnozlaşdırılmış xərc məbləğində müvafiq ehtiyatın nəzərdə tutulması ilə əlaqələndirmək olar. Bu barədə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Xatırlafaq ki, sənədin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində Maliyyə Nazirliyi üzrə proqnozlaşdırılmış vəsaitin 4 mln. manatının “Valyuta konvertasiyası üzrə xərclər”ə nəzərdə tutulduğu bildirilir. Bu da 2015-ci ilin icrasından 3712,5 min manat və ya 13,9 dəfə çox, cari ilin isə təyinat göstəricinə bərabərdir. Bu xərclərin cari ilin 8 aylıq icra göstəricisi 151,2 min. manat təşkil edib. Bu isə illik proqnozun 3,8%-ni təşkil edir.

Rəydə, həmçinin “Əsas bölmələrə aid olmayan sair xərclər” köməkçi bölməsində “Dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclər”ə 11 mln. manat manat vəsait və ya 2015-ci ilin müvafiq xərcindən təxminən 9 mln. manat və ya 45% az, 2016-cı ilin təyinatından isə 9 mln. manat və ya 5,5 dəfə çox vəsait proqnozlaşdırıldığı, bu vəsaitin əvvəlki illərdə büdcədən maliyyələşən təşkilatlarda dövlət əmlakının sığortalanmasına sərf edildiyi göstərilir.

Hesablama Palatası hesab edir ki, bu məqsədlə ayrılmış vəsaitin səmərəli istifadəsini təmin etmək məqsədilə daha qədim, uzunömürlü, tarixi- memarlıq baxımından əhəmiyyətli olan, həmçinin daha çox riskə məruz qalma ehtimalı olan (seysmik cəhətdən aktiv regionlarda, sel sularının ziyan vura biləcəyi ərazilərdə və s.) bina və tikililərin ilk növbədə sığortalanması məqsədəmüvafiqdir. Eyni zamanda, büdcə vəsaitlərinin səmərəli və nəticəli istifadəsini təmin etmək üçün daşınmaz əmlakın sığortalanmasının ölkədə fəaliyyət göstərən və müvafiq əməliyyatların aparılması üçün lisenziyası olan şirkətlərin cəlb olunması və mövcud satınalma metodları tətbiq edilməsi təklif olunur. 

FAYDALI LİNKLƏR