06 Avqust , 2021, 01:02
“Azər Türk Bank” daha bir filial açdı
Sen 04, 2016 | 14:00 /

“Azər-Türk Bank” ASC-nin xidmət şəbəkəsinə daha bir filial əlavə olunub. Bankın “Masallı” filialı fəaliyyətə başlayıb.

Filial Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Masallı şəhərində açılışı gerçəkləşdirilmiş “ASAN HƏYAT” kompleksində yerləşir.

Azər-Türk Bankın “Masallı”  filialında  bank  sahəsində   geniş  bilik  və  təcrübəyə  malik  mütəxəssislər   tərəfindən  fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli bank xidmətləri göstəriləcək.  Bura müxtəlif növ kreditlərin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin  ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər daxildir.

Filial həftə içi hər gün saat 09:30-dan17:00-a qədər müştərilərin xidmətindədir. “Masallı” filialının əməkdaşları həmçinin, “ASAN HƏYAT”kompleksində yerləşən ASAN xidmət mərkəzinin inzibati binasında da müştərilərə xidmətgöstərəcəklər. “ASAN xidmət” mərkəzinin inzibati binasında fəaliyyət göstərən əməkdaşların iş rejimi ASAN xidmət mərkəzinin iş rejimi ilə uyğunlaşdırılacaq.

Azər Türk Bankdan verilən məlumata görə, “Masallı” filialının açılmasında məqsəd bu regiondakı geniş müştəri potensialına Azər Türk Bankın sərfəli məhsul və xidmətlərini təklif etmək, regionuniqtisadi inkişafına dəstək verməkdir. Regional filial şəbəkəsinin genişləndirilməsi AzərTürk Bankın müasir inkişaf konsepsiyasında priorotet istiqamaətlərdən biri kimi müəyyən edilib.

Bank ölkədə qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsində iştirak etməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr vermək niyyətindədir.

 Qeyd edək ki, bu, Azər Türk Bankının 2016-cı il ərzində Bakıda və regionlarda istifadəyə verilmiş sayca dördüncü yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində Bankın 2 saylı şöbəsi, Şirvan şəhərində “Şirvan” filialı, Qəbələ rayonunda “Qəbələ” şöbəsi fəaliyyətə başlayıb.

FAYDALI LİNKLƏR